• Layihə: Əsas torbalı filtrlərin üzərinə hərəkətli dam örtüyünün və filtrin kameralarının tam şəkildə hazırlanması və quraşdırılması işləri
  • Sifarişçi: NORM Sement Zavodu
  • Layihə Sahəsi: 4050 m2 Ərazi
  • Xüsusi Şərait: Təmirə Dayanma
  • Layihə Həcmi: 80 ton

 

İş Həcmi:

  • Layihənin idarəolunması və planlanması
  • Layihə sənədlərinin və məlumatlarının idarəolunması
  • Əsas Torbalı filtirədə mövcud metal konstruksiyanın və digər mexaniki elementlərinin (üst qapaq hissəsi, yan divarlar, slindirlər və hava xətləri) demontajı
  • Hərəkətli Damın mühəndisliyi, satınalması, istehsalatı və quraşdırılması işlərinin görülməsi
  • Köhnə damın istismardan çıxarılması
  • Əsas Torbalı filtr binasının mövcud konstruksiyanın gücləndirilməsi
  • Texniki dəyişikliklərin idarəolunması
  • Layihəyə məxsus Tikinti-quraşdırma (yük qaldırma planları daxil), KT/KN və SƏTƏM sənədlərinin hazırlanması
  • İstehsal olunmuş və quraşdırılmış detalların keyfiyyətinə nəzarət (ölçülərin yoxlanılması, qaynaq birləşmələrinin qeyri-dağıdıcı üsulla defektoskopiyası, boya örtüyünün yoxlanılması və.s)