Neft və qaz sənayesi

Neft və qaz sənayesi xam neft və təbii qaz kimi karbohidrogenlərin istehsalı, emalı və paylanmasını əhatə edən mühüm sektordur. Yüksək səriştəli Neft-qaz mühəndisliyi komandamız neft-qaz fəaliyyətlərinin səmərəliliyini və rentabelliyini maksimum dərəcədə artırmaq üçün mühüm təcrübə, avadanlıq və həllər təqdim etməklə bu sənayenin inkişafında mühüm rol oynayır. HECOTEC MMC sənaye üçün aşağıdakı xidmətləri təklif edən aparıcı sənaye şirkətlərindən biridir:

 

  • Tikinti idarəetməsi
  • Quruda neft qazma qurğularının quraşdırılması və texiniki baxımı
  • Su mənbələrinin (çay, göl, dəniz və s.) tədqiqatı da daxil olmaqla sahədə topoqrafik tədqiqat İşləri
  • Geotexniki tədqiqatlar (torpaq laboratoriya sınaqları daxil olmaqla)
  • Sahə hazırlama işləri (Bitki örtüyünün təmizlənməsi də daxil olmaqla)
  • Yeraltı kommunal obyektlərin (borular, kabellər və s.) müəyyən edilməsi
  • Yeraltı su nəzarət sistemlərinin qurulması
  • Material saxlama sahələrinin tikintisi (anbarlar daxil olmaqla)
  • Qazma, geridolğu və bərpa işləri
  • Boru kəməri və boru tikinti işləri (bükülmə, qaynaq, Ultrasəs müayinəsi, QDüS, örtükləmə)
  • Elektrik və NÖC ilə bağlı işlər
  • Nasosların, kompressorların və konteynerlərin quraşdırılması
  • Havalandırma, isitmə, soyutma sistemlərinin quraşdırılması
  • Yük qaldırma və endirmə əməliyyatları
  • Sənaye alpinizmi xidmətləri
  • Taxtabənd işləri
  • Sabit Cərəyan Gərginliyi Qradiyenti (DCVG) və Qısa İnterval Potensialı (CIP) tədqiqatlarının aparılması
Random Image