Sənaye tikintisi

Sənaye tikinti layihələri ilkin planlaşdırma və layihələndirmə mərhələsindən tutmuş avadanlıq və sistemlərin faktiki tikintisinə və son quraşdırılmasına qədər müxtəlif mərhələləri əhatə edir. Bu proses layihənin uğurla başa çatmasını təmin etmək üçün memarlar, mühəndislər, layihə menecerləri və inşaat işçiləri kimi müxtəlif peşəkarların koordinasiyasını tələb edir. HECOTEC MMC-in xidmət göstərdiyi Sənaye tikintisinə aşağıdakılar daxildir:

 

1. Sahənin seçimi və hazırlanması: Əlçatanlıq, mövcud kommunal xidmətlər və ətraf mühitə təsir kimi amilləri nəzərə alaraq sənaye obyektinin tələblərinə uyğun yerin seçilməsi.

 

2. Konstrutkiv layihələndirmə və mühəndislik: Sənaye obyekti üçün lazımi funksionallığı, təhlükəsizliyi və səmərəliliyi təmin edən memarlıq və konstruktiv layihələrin hazırlanması. Buraya yükdaşıma qabiliyyəti, material seçimi, tikinti norma və standatlarına uyğunluq daxildir.

 

3. Tikinti və quraşdırma: Sahənin hazırlanması, bünövrənin tikintisi, konstruktiv elementlərin quraşdırılması, mexaniki, elektrik və santexnika sistemlərinin quraşdırılması, habelə xüsusi sənaye avadanlıqlarının inteqrasiyasını əhatə edən tikinti mərhələsinin icrası.

 

4. Təhlükəsizlik və normativlərə uyğunluq: Sənaye obyektlərində tez-tez təhlükəli materiallar, ağır maşınlar mövcud olduğu və mürəkkəb əməliyyatlar aparıldığı üçün təhlükəsizlik protokollarına və qaydalarına ciddi riayət olunmasının təmin edilməlidir. Ətraf mühitə təsiri minimuma endirmək üçün ekoloji qaydalara uyğunluq çox vacibdir.

 

Sənaye tikinti layihələri təfərrüatlı planlaşdırma, səmərəli şəkildə layihənin idarə edilməsi və xüsusi tələblərin yerinə yetirilməsi sahəsində təcrübə tələb edir. Layihənin məqsədlərinə çatmaq və yüksək keyfiyyətli xidmət göstərmək üçün vaxt qrafikləri, büdcə və maraqlı tərəflər arasında effektiv kommunikasiya çox vacibdir.

 

Bizim sənaye mütəxəssislərimiz şirkətinizin tələblərinə uyğun olaraq aşağıdakı sənaye tikinti xidmətlərini təmin edə bilirlər:



 

Random Image