İstehlakçı zavodların tam gücünə uyğun olaraq (Quru qatqılar+Boya sexi+Sement qatqıları+XPS) əsas bəsləyici transformatorun gücünün və binasının hesabatı və layihələndirilməsi
Quraşdırılacaq zavodların qoyuluş gücünə və birxətli sxemlərinə əsasən əsas alçaq gərginlikli paylayıcı quruluşun hesabatı və layihələndirilməsi.
Transformator otağına, QPQ otağına və Kabel kanalları və treklərinə aid memari və elektrik hesablamaları və layihələndirilməsi.
OG və AG əsas bəsləyici güc kabellərinin parametrlərinin hesablanılması.
Quraşdırma üçün ehtiyac olan bütün material və aksessuarların siyahısının təmin edilməsi.
Sexlərin və yeni inşa ediləcək otaqların torpaqlama və işıqlandırma hesabatının hazırlanması.
Bütün hesabat və layihələndirmə işlərinin yekun hesabat şəklində Sİfarişçiyə təqdim olunması
Layihənin tamamlanması ilə bağlı təhvil təslim işlərinin aparılması