HAQQIMIZDA
Texniki Təlim Mərkəzi əmək bazarında mühəndis və peşə sahibli texniki kadrlara yaranan və gündən-günə artan tələbatı ödəmək üçün bu istiqamətdə nəzəri və praktiki təlim proqramlarının yaradılmasını ən vacib məsələ kimi ön plana çəkərək buna nail olmaq üçün uğurlu addımlar atır. Yerli şirkətlərin beynəlxalq tələblərə cavab verən şirkət miqyasında rol alması üçün mərkəz effektiv təlim modeli ilə sifarişçi şirkətlərə real imkanlar yaradır.
Həmçinin neft-qaz sənayesi sahələrinin güclü inkişaf etdiyi və bununla yanaşı qeyri neft sahələrinin, inşaat, metallurgiya, kimya, qida kimi sektorların inkişaf etdiyi bir dövrdə işsiz qalan gənclərimizin texniki peşə təhsilinə sahib olmaları və bunun nəticəsi olaraq rahat şəkildə iş tapa bilmələri üçünəlindən gələni edir.
MİSSİYAMIZ
Texniki Təlim Mərkəzi ölkənin sənaye potensialının sürətlə yüksəlişini və regionların texniki mühəndislik sahələrinin inkişafındakı səylərini diqqətə alaraq, texniki ixtisaslar üzrə kurslar təklif edir. Ölkədə neft-qaz sənayesi sahələrinin güclü inkişaf etdiyi və bunla yanaşı qeyri-neft sahələrinin, inşaat, informasiya texnologiyası və s. kimi sektorların inkişaf etdiyi bir dövrdə işsiz qalan gənclərimizin texniki ixtisas təhsilinə sahib olmaları və texniki biliklərinin artırılması nəticəsində uyğun iş tapma şansını əhəmiyyətli dərəcədə artırmaq üçün irəli sürülmüş bir təşəbbüsdür. Onlara sənayenin gələcək inkişaf perspektivlərdə iştirakına və faydalanmağa və yeni açılmış iş yerlərində işləmək imkanı yaradır. Nəticədə onlar da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək. Kursları uğurla bitimiş və sertifikat almış gənclərin elektron bazası hazırlanır və şirkətlərə təqdim olunur.
Aşağıdakı şəkillərdə Şirkətimizin son illərdə təlim keçdiyi şirkətlərin siyahısı yer almışdır:
TƏLİM METODİKASI
Təqdim olunan təlimlərin unikallığı onun akademik, tətbiqi nəzəriyyə ikilisinin praktika ilə sinergiyasıdır. Təlimçilər iş həyatında yüksək təcrübəyə sahib olan, beynəlxalq statuslu şəxslərdir ki, onlar nəzəri biliklərlə yanaşı, həmçinin praktiki biliklərə də sahibdirlər. Beynəlxaq standatlarla və yerli qanunvericiliyin tələblərinə cavab verən təlimçilərimiz metodikası təlim iştirakçılarına daha geniş imkanlar yaradır, , nəzəri biliklərin praktikaya inteqrasiyasını və real iş dünyasından olan çalışmalarla nəzəri biliklərinin praktikada necə tətbiq olunduğunu öyrədir.
TEC-in metodika baxımdan üstünlüyü iştirakçılarda öz işləri və iş yerlərinə pozitiv rəsirin yaradılmasıdır. Bu tip motivasiya dinləyicinin potensialını müəyyən edib, onlara stimul verib daha yüksək nəticələr əldə etməsinə imkan yaradır.